Milli Məclisin komitələri Şuşada birgə iclas keçiriblər

Milli Məclisin komitələri Şuşada birgə iclas keçiriblər

CƏMİYYƏT

27.04.2022, 13:57

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

Mia.az xəbər verir ki, iclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub. Bildirilib ki, bugünkü iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.

Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR