Ukraynanın futbol komandasında 27 nəfər koronavirusa yoluxub

img

15-10-2020 [18:04]


Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" komandasında son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu müddət ərzində 27 nəfərdə infeksiya aşkarlanıb.

Onlardan 15 nəfəri evlərində karantinə alınıb, 11-i nəfər ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.

Qeyd edək ki, "Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının VI turu çərçivəsində "İnqulets" klubu ilə qarşılaşmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR