Nadir Qafarzadəyə xəbərdarlıq olundu, Kamil Zeynallı isə həbs edildi - Səbəb
12-10-2020 [19:47]
Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını pozaraq ağır artilleriya və raketlərdən istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını, həmçinin ölkəmizdə hərbi vəziyyətin elan edilməsini nəzərə alaraq dəfələrlə sosial media və digər rəqəmsal platforma istifadəçiləri cəbhəboyu zonada vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib:
"Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıb və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.
Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Hazırda ölkəmiz üçün həssas olan dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq".
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb