Gəncə şəhər stadionu da erməni hücumuna məruz qalıb - Mühafizə xidmətinin əməkdaşları və əcnəbi futbolçular xəsarət almayıb + FOTO

img

11-10-2020 [13:03]


"Kəpəz" futbol komandasının ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da erməni terrorundan zərər görüb.

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Yarıməsrdən çox tarixi olan stadionda hazırda vəziyyət şəkillərdən göründüyü kimidir. Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.

Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan əcnəbi futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR