ATƏT sədrindən atəşkəs qərarına reaksiya: "Bu razılaşma substantiv danışıqlara yol açır"

img

10-10-2020 [13:43]


"ATƏT-in fəaliyyətdə olan sədri Edi Raama Moskvadakı danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni qüvvəyə minmiş humanitar atəşkəsi alqışlayır".

Bu barədə hazırda ATƏT-ə sədrlik edən Albaniyanın qurumdakı missiyasının "Twitter" hesabında bildirilib.

"Həm regionda, həm də Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi prosesdə sabitliyə ehtiyacımız var. Ermənistan və Azərbaycan arasında bu razılaşma substantiv danışıqlara yol açır", - deyə ATƏT sədri vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:03 09.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA