"Ermənilərə aydındır ki, Rusiya onların əvəzinə savaşmayacaq" - Tofiq Zülfüqarovdan atəşkəs qərarı ilə bağlı qısa təhlil
10-10-2020 [18:02]
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov dünən gecə Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdə əldə olunan razılaşmanı şərh edib.
Xatırladaq ki, Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında 10 saat davam edən müzakirələrin nəticəsi olaraq tərəflər atəşkəsə razılaşıblar. Sənəddə yazılıb:
- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
- Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
- Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Tofiq Zülfüqarov bildirir ki, hələlik bu, humanitar atəşkəsdir. Atəşkəs rejiminin digər parametrlərinin gələcəkdə razılaşdırılması nəzərdə tutulur.
Ekspert izah edir ki, bu bənddə qüvvə və vasitələrin yenidən qruplaşmasına qadağanın tətbiq edilməsi, faydasız zonanın rejiminin parametrləri, Ermənistandan ehtiyat qüvvələrin daşınmasına qadağanın tətbiqi nəzərdə tutula bilər.
Danışıqlar prosesinin bərpası ehtimalına gəlincə, T.Zülfüqarov deyib ki, razılaşdırılan mətn qəti şəkildə konkret deyil: "Mətndə nizamlama prinsiplərinə sadiqliklə bağlı razılıq var ki, bu da müxtəlif cür şərh oluna bilər".
Keçmiş nazir daha sonra mövcud vəziyyətin siyasi aspektləri barədə fikirlərini bildirib:
- Status-kvo həm hərbi-taktiki, həm də siyasi cəhətdən dəyişdirilib;
- Azərbaycan de-fakto sübut etdi ki, silahlı qüvvələrini təcavüzkara qarşı istifadə etmək iqtidarındadır və “həmsədrlərin inhisarçılığına” alternativ var;
- Rusiya və Türkiyə güc yolu ilə öz müttəfiqlərini müdafiə etmək baxımından eyni siyasi mövqelərə malikdirlər;
- Ermənilərə aydındır ki, Rusiya onların əvəzinə savaşmayacaq və Rusiya cəmiyyəti bu yolu qəbul etmir;
- Rusiya “Paşinyanın Soros rejiminin” cəzalandırılmasında arzuladığı cəza səviyyəsini əldə etməyib.
Nəticələr barədə danışan ekspert bir neçə mühüm məqamı qeyd edib:
- Azərbaycan cəmiyyəti hərbi əməliyyatların dayandırılması ideyasını dəstəkləmir;
- Ölkə rəhbərliyi bu amili inkaretmə yolu ilə getməyəcək, çünki bu, ciddi daxili siyasi böhrana gətirəcək;
- Rusiya hələlik Paşinyana verilən dərslərin real nəticələrini görmür və ona görə hərbi əməliyyatların bərpası təhlükəsini tam aradan qaldırmayacaq;
- Paşinyan “böyük qələbənin” əldə olunmasında özünün rolunu göstərmək üçün reklam kampaniyasına başlayacaq ki, bu da yeni hərbi əməliyyatların başlanmasına təhrik edəcək.
Tofiq Zülfüqarov irəli sürdüyü fikirlərə əsaslanaraq vurğulayır ki, hərbi əməliyyatların yaxın günlərdə, yaxud həftələrdə bərpası qaçılmazdır.
"Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə verilən meyitlərin sayını açıqlayacaq. Bu, erməni cəmiyyəti üçün şok olacaq. Moskva Paşinyanı yıxacaq", - deyə keçmiş nazir vurğulayıb.
"AzPolitika.info"
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq