Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu 1,95 milyard avro təşkil edəcək

img

08-10-2020 [11:59]


UEFA 2020/2021 mövsümündə avrokubokların mükafat fondunu və gəlirlərin klublar arasında bölüşdürülmə mexanizmini açıqlayıb.

Bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu 1,95 milyard avro təşkil edəcək.

Klublara verilən ümumi ödənişlər dörd kateqoriyaya bölünür. Bunun 25%-i (488 milyon avro) ilkin, 30%-i (585 milyon avro) nəticələr üçün sabit, 30%-i (585 milyon avro) komandanın son on ildəki performans reytinqinə görə, 15%-i isə (292 milyon avro) marketinq hovuzunun payına düşən ödənişlərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR