MSK Cəmil Həsənlinin müraciətinə baxıb

img

12-11-2013 [18:24]


Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında Cəmil Həsənlinin müraciətinə baxıb. MİA-nın APA-ya istinadən verdiyi məlumata görə, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

Tofiq Həsənov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. Cəmil Həsənlinin 95 saylı Tərtər Seçki Dairəsinə müraciəti ilə bağlı Tərtər Seçki Dairəsinin qərarı əsassız sayılıb. Dairə Seçki Komissiyası, müraciətin qanunvericiliklə müəyyən edilmiş vaxtda edilmədiyini əsas gətirib, ancaq müraciət poçtla göndərilib. Buna görə də MSK Tərtər Dairə Seçki Komissiyasının qərarını əsassız sayıb. Tofiq Həsənov onu da nəzərə çatdırıb ki, Cəmil Həsənlinin MSK-ya müraciətində aktların ksero-surətləri təqdim olunub, bu surətlər isə sənəd sayılmır. Bu surətlər əsasında da araşdırma aparıla bilməz.

MSK sədri Məzahir Pənahov xatırladıb ki, Konstitusiya Məhkəməsi artıq prezident seçkilərinin nəticələrini təsdiqləyib və buna görə də müraciət aktuallığını itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA