Fikrət Məmmədov xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb - Ermənistanın təxribatı ilə bağlı
06-10-2020 [21:45]
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub.
Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.
Qeyd edilib ki, 1994-cü ildə atəşkəs rejiminə nail olduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların aparılmasına baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlamaqla bu günədək orada qanunsuz iqtisadi fəaliyyət göstərməyi və bu ərazilərin qanunsuz məskunlaşdırmasını həyata keçirir. Bununla da o, kobud şəkildə beynəlxalq hüquq normalarını, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını pozur.
Eyni zamanda, Ermənistanın hazırkı rəhbərliyinin hakimiyyətə gəldiyi andan açıq-aşkar danışıqlar prosesini pozmağa başlayaraq Dağlıq Qarabağın statusu məsələsinin danışıqların predmeti olmasına baxmayaraq, hərbi təxribatlara və müharibəyə açıq təhrik edən "Qarabağ Ermənistandır və nöqtə" və "Yeni ərazilər üçün yeni bir müharibə" şüarları ilə çıxışlar etdiyi vurğulanıb.
Təəssüflə qeyd olunub ki, beynəlxalq ictimaiyyətin heç bir reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu açaraq sərhəd bölgələrində hərbi təxribatları intensivləşdirmişdir.
Müraciətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.
Hadisələrin pik həddi isə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub.
Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda yeddi qadın və üç uşaq olmaqla 27 dinc sakin həlak olub, 140-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, doğum evi, uşaq bağçası, məktəb, rayon məhkəməsinin binası və s. daxil olmaqla 450-ə yaxın yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.
Hərbi təcavüz nəticəsində cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət etdiyi vurğulanaraq ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarını aparmağa vadar olduğu qeyd edilib.
Doğma torpaqları uğrunda və yalnız öz ərazilərində vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri güclü atəşə tutmaqdadır.
Beləliklə, təmas xəttindən onlarla kilometr məsafədə yerləşən paytaxtdan sonra ikinci böyük, qədim şəhər olan Gəncə ciddi raket atəşinə tutulub. Bundan əlavə, hərbi əməliyyatlar aparılan yerdən 100 km-dən çox məsafədə yerləşən böyük bir sənaye mərkəzi və ərazisində iri su anbarı və enerji obyekti olan Mingəçevir şəhərinə raket zərbəsi endirilib.
Nazir xüsusilə qeyd edib ki, Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.
Ermənistan beynəlxalq normalara zidd olaraq, xarici ölkələrdən hərbi muzdluları cəlb edir və onlardan istifadə edir, bundan əlavə beynəlxalq arenada, sosial şəbəkələrdən geniş istifadə olunmaqla Azərbaycana qarşı terror və digər cinayət əməllərinə çağırışlar edilir.
Mülki infrastrukturun atəşə tutulması və dağıdılması nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı beynəlxalq humanitar hüququn pozulmasına dair Azərbaycanın Baş Prokurorluğu tərəfindən onlarla cinayət işinin açılması barədə məlumat verilib.
Erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının (822, 853, 874 və 884 nömrəli) dörd qətnaməsinin və Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların digər analoji qərarlarının artıq təxirəsalınmadan dərhal icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Ədliyyə naziri davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, mövcud beynəlxalq hüquq mexanizmlərinin reallaşdırılması və ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə həmkarlarını real əməllər görməyə, xüsusilə muzdlu hərbçilərin münaqişə zonasına göndərilməsi üçün qanunsuz cəlb olunmasının və onların ölkələrinin ərazisində digər qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq preventiv tədbirlər həyata keçirməyə çağırıb.
Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?