AFFA bu klubları cəzalandırdı

img

06-10-2020 [15:08]


AFFA İntizam Komitəsinin iclasında Premyer Liqanın V turunda baş verənlərlə bağlı qərarlar qəbul edilib. 

Mia.az xəbər verir ki, səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyi matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün "Keşlə" klubu 800 manat cərimələnib. 

"Sumqayıt"la 1:1 heç-heçə etdikləri görüşdə 5 oyunçusu sarı vərəqə ilə cəzalandırılmış "Qəbələ" 800 manat ziyana düşüb. 

"Zirə" isə bu məbləğin 3 qatını ödəməli olacaq. Buna səbəb kollektivin 4 oyunçusunun "Neftçi"ni 1:0 hesabı ilə yendikləri görüşdə sarı vərəqə alması, komandanın stadiona gec gəlməsi, və ehtiyat qapısının standartlara uyğun olmamasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR