Hikmət Hacıyev İsrailin telekanalına müsahibə verdi: “Münaqişəyə heç bir üçüncü tərəf qatılmayıb"
30-09-2020 [18:32]
“Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatının əsas məqsədləri qoşunların təmas xəttində yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmaqdır”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24NEWS” telekanalına müsahibəsində deyib.
Aparıcının sualını cavablandıran H.Hacıyev Türkiyənin üçüncü tərəf kimi münaqişəyə cəlb olunmadığını bildirib: “Münaqişəyə heç bir üçüncü tərəf qatılmayıb. Bu cür məlumatlar sadəcə erməni tərəfinin təbliğatının nəticəsidir. Artıq Ermənistan HHQ-yə məxsus “Su-25”in guya “F-16” qırıcısı tərəfindən vurulmasına dair növbəti erməni dezinformasiyasının şahidi olduq. Biz bütün radar sistemlərimizi yoxladıq, Ermənistan ərazisindən “Su-25”in bircə dəfə də olsun, havayı qalxması qeydə alınmayıb. Bəs ölən pilot hanı? Bu, sadəcə Ermənistanın rəsmi şəxsləri tərəfindən başladılan gülünc dezinformasiya kampaniyasıdır. Onlar vəziyyəti şişirtmək üçün belə şeylərdən istifadə edirlər. Müharibə iki tərəf – Ermənistan və Azərbaycan arasında gedir. Ermənistanı işğalçı qüvvədir, Azərbaycan isə özünümüdafiə hüququndan istifadə edir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində döyüşür. Türkiyə ilə Azərbaycan arasında yaxşı strateji əlaqələr və yaxın qardaşlıq əlaqələri var. Azərbaycan Türkiyə ilə həmçinin dərin hərbi-texniki əməkdaşlığa malikdir və qoşunlarımız mütəmadi olaraq ortaq təlimlər keçirir”.
O həmçinin vurğulayıb ki, Ermənistan bu cür dezinformasiyalar yaymaq əvəzinə, qoşunlarını Azərbaycan ərazilərindən çıxarsın.
Prezidentin köməkçisi Bakı ilə Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlıq amilini də şərh edib: “Azərbaycanın İsrail ilə dərin hərbi-texniki əməkdaşlığı var. Azərbaycan-İsrail əməkdaşlığı strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail ilə hərbi-texniki əməkdaşlığımız silahlarımızın keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Çünki biz işğaldan əziyyət çəkən ölkəyik. Buna görə də yaxşı olardı ki, Ermənistan torpaqlarımızın işğalına son qoysun”.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb