Rəsul Quliyev: "Yeganə Eldar Namazov inciyə bilərdi" - telefon skandalı

img

08-11-2013 [11:28]


 Mətbuatda yenidən Milli Şuranın mitinq günü Sülhəddin Əkbər Rəsul Quliyevlə telefon danışığı olduğu iddia edilən məlumat yayımlanıb. Bu dəfə yenilik isə bunun mediaya Sülhəddin Əkbər tərəfindən ötürüldüyü barədə ACP-dən istefa verən bir adamın iddiasıdır. 

Eks-spiker Rəsul Quliyev Hafta.az-a açıqlamasında bu məsələyə münasibət bildirib. R.Quliyev deyib ki, bu danışığın yayılmasına görə Eldar Namazov inciyə bilərdi: "Bu telefon danışığını Sülhəddin Əkbərin yaydığına inanmaq çətindir. Çünki məqsədin nədən ibarət olduğunu təyin etmək mümkün deyil. İstənilən variantda bu telefon danışığının informasiya vasitələrinə çıxmasının elə bir əhəmiyyəti yoxdur. Yeganə Eldar müəllim (Eldar Namazov – M.Ə) inciyə bilərdi, ancaq bizim aramızdakı münasibətlər belə xırda və yalançı informasiyaya görə pozula bilməz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA