"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

img

23-09-2020 [18:45]


Türkiyənin "Qalatasaray" klubu 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

 "NTV Spor" xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçi Markao, niderlandlı hücumçu Rayan Babel və mərakeşli yarımmüdafiəçi Yunes Belhanda ilə vidalaşır.

Cənubi amerikalı oyunçu ilə İtaliyanın "Roma" komandası yaxından maraqlanır. Digər legionerlərin də Avropa klublarından təklifləri var.

Qeyd edək ki, "Qalatasaray" yay transfer pəncərəsində Arda Turan, Emre Kılınç, Fatih Öztürk, Omar Elabdulayi, Oqenekaro Etebo və Oğulcan Çağlayanı heyətinə qatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA