YAP-da Əli Həsənov və deputatlar yeni vəzifə aldı - Siyahı

img

07-11-2013 [22:01]


Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. 

Onun sözlərinə görə, iclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunub, partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib. 

İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında da qərar qəbul olunub. M.Qurbanlı deyib: "Yaradılan 12 komissiyalarda ictimai-siyasi həyatımızın müxtəlif məsələləri haqqında vaxtaşırı müzakirələr, konfranslar və müxtəlif tədbirlər təşkil ediləcək.

Komissiya sədrlərinin hər biri YAP İdarə heyətinin, komissiya üzvlərinin isə hamısı YAP Siyasi Şurasının üzvləridir”.

Mi.az Publika.Az-a istinadən  sözügedən komissiyaların adları və sədrlərinin siyahısını təqdim edir: 

İqtisadi məsələlər üzrə komissiyanın sədri Eldar İbrahimov (Milli Məclisin Aqrar siyasət komitəsinin sədri),

Sosial məsələlər üzrə komissiyanın sədri Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri),

Hümanitar məsələlər üzrə komissiyanın sədri Yusif Hümbətov ("Azərsutikinti” ASC-nin sədri),

Elm və təhsil üzrə komissiyanın sədri Abel Məhərrəmov (Millət vəkili, BDU-nin rektoru),

Gənclər, idman və mədəniyyət komissiyasının sədri Vaqif Əliyev (Mədəniyyət və turizm nazirinin müavini),

Ailə və qadın məsələləri üzrə komissiyanın sədri Nurlanə Əliyeva (YAP Qadınlar Şurasının sədri),

Regional inkişaf üzrə komissiyasının sədri Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri),

Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri Bahar Muradova (Milli Məclisin sədr müavini),

Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri),

Mətbuat və ictimai əlaqələr üzrə komissiyanın sədri Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü),

Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının sədri Mixail Zabelin (Milli Məclisin deputatı),

Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü Kərim Kərimov).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA