İlkay Gündoğan koronavirusa yoluxub

img

21-09-2020 [13:58]


Almaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğan koronavirusa yoluxub. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı türkəsilli alman yarımmüdafiəçi hazırda 10 günlük karantindədir. 

Qeyd edək ki, "Mançester Siti" bu gün İngiltərə Premyer Liqasının II turunda "Vulverhempton"la qarşılaşacaq. İlkay Gündoğan 2019/2020 mövsümündə bütün turnirlərdə 50 matçda iştirak edib və 5 qol vurub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA