XİN: "Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır"
21-09-2020 [10:58]
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 19 sentyabr tarixində “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli KİV-ə müsahibəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir".
Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Prezidenti İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli KİV-ə müsahibəsi ilə bağlı Ermənistan XİN-in açıqlamasına münasibət bildirərkən deyib.
"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir. Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.
Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir. Ermənistan Baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan rəhbərliyinin üzərindədir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub