Bakcell-dən neftçilərə təbrik - Neftçilər gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar

img

20-09-2020 [17:01]


“Bakcell” mobil operatorunun xidmətlərindən istifadə edən neftçilər gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar.

Şirkətdən Mia.az-a bildirilib ki, sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur: “Peşə bayramı günü münasibətilə “Bakcell” şirkəti bütün neftçiləri təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” neft sektorunda çalışan abunəçilərinə gün ərzində şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən neftçilər bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA