Partiyalara 2.5 milyon, KİV və QHT-lərə 4 milyon veriləcək

img

06-11-2013 [13:22]


"Gələn ilin dövlət büdcəsində səhiyyə xronki böyrək xəstələrinə maliyyə təminatı üçün 30 milyon, talasameya və hemofiliya üçün 1,2 milyon, şəkərli diabet 34 milyon manat nəzərdə tutulub”. 

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin 2014-cü il dövlət büdcəsi ilə bağlı müzakirəsində deyib. Nazir bildirib ki, DSMF-nin xərclərinin maliyyələşdirilməsi 1 milyard 142 milyon manat olacaq. Bundan başqa qaçqınlar və məcburi köçkünlər üçün 222 milyon manat ayrılacaq: "KİVDF və QHT-lərə Dövlət Dəstəyi Şurası üçün 3,9 - 4 milyon manat ayrılacaq. 

Siyasi partiyalar üçün 2,5 milyon manat nəzərdə tutulub.

Sahibkarlığın inkişaf fondu üçün 152 milyon manat ayrılması nəzərdə tutulub. Bələdiyyələr üçün 5,2 milyon manat ayrılacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA