Baş Gömrük İdarəsində karantin qaydaları kobud şəkildə pozulub
CƏMİYYƏT
15.09.2020, 17:15
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydaları kobud şəkildə pozulub.
Mia.az xəbər verir ki, bu haqda məlumatı Avtosfer.az yayıb. Xəbərdə bildirilir ki, bu proses idarə əməkdaşlarının gözü qarşısında baş verib.
Məlum olub ki, təhlükəli sıxlığın iştirakçıları idxalçılar (avtomobil gətirənlər, maşın ticarəti ilə məşqul olanlar) və onların hüquqi təmsilçiləridir. Karantin qaydalarının kobud şəkildə pozularaq kütləvi toplaşmanın səbəbi isə gömrük əməkdaşlarının təzyiqi və tələbi əsasında baş verib. Gömrük əməkdaşları öz güc və resurslarından təzyiq vasitəsi kimi istifadə edərək idxalçıları məcburi qaydada bu vəziyyəti yaşamağa vadar edirlər.
Artıq uzun müddətdir ki, ərazidə gərginlik müşahidə olunmaqdadır. Hətta sahibkarların hüquqi təmsilçilərinin əraziyə daxil olmaması üçün xüsusi turniketlər belə quraşdırılıb.
Nə baş verir?
Bu günə qədər idxalçılar (hüquqi və fiziki şəxslər) idxal etdikləri malların bəyan edilməsini rəsmi broker şirkətləri vasitəsilə həyata keçiriblər. Broker şirkətlərinin varlığı idxalçılar üçün müsbət effekt verir. Çünki onlar bəyan etdikləri məhsulu broker şirkətləri vasitəsilə sürətli şəkildə reallaşdırırlar. Bir sözlə, broker şirkətlər müştərinin gömrük təmsilçiliyini həyata keçirir. Bu proses zamanı yazılan bəyannamələr gömrük daxilində yazılan bəyannamələrdən nisbətən ucuz başa gəlir. Sahibkar isə əlavə maddi itkiyə yol verməmək üçün bəyannamələrin broker şirkətlərində yazılmasına üstünlük verir.
Bu isə nədənsə gömrük əməkdaşlarını narahat edib. Nəticədə əraziyə daxil olan idxalçılara təzyiq göstərilməyə başlayıb. Gömrükçülər broker şirkətləri ilə əməkdaşlıq etməməsi üçün fiziki və hüquqi şəxslərə qeyri-rəsmi göstəriş verib. Daha doğrusu, təzyiq göstərib və göstərməkdədir. İdxalçılara deyilib ki, bəyannamələri “Azərterminalkompleks” Birliyində yazdırmalısınız. Hətta bu göstəriş səsgücləndirici vasitəsilə ərazidə səsləndirilib. Göstərişdə bildirilib ki, qiymət gömrük inspektorları tərəfindən müəyyən ediləcək. Güzəşt kimi deyilib ki, malların dəyərində sizə endirim edərik.
Maraqlıdır, dövlətin büdcəsinə yönələn, vahid tariflə müəyyən edilən dəyərləndirmədə gömrük hansı endirimi edir? Bu günə qədər bu, niyə edilmirdi? Əgər endirim etmək mümkündürsə deməli büdcəyə yönələn vəsait idxalçıya deyilən qiymətdən aşağı olub. Bu isə maliyyə yayınmasıdır. Çünki büdcəyə yönələn rüsum vahid tariflə müəyyən olunur. “Vahid tarifə endirim edirik” demək isə gülüncdür. Vahid tarifə necə endirim edilə bilər? Bu şəxsi mülkiyyətdirmi? Deməli bu günə qədər idxalçının ödədiyi vəsait büdcəyə ödənilməli olan vəsaitdən çox olub. Gömrükçülərin şəxsi arzu və istəkləri ilə müəyyən etdikləri tariflər isə başqa istiqamətdə “rəsmiləşdirilib”. Və bu proses davam edir.
Gömrükçülər, gətirdiyiniz malları əgər broker şirkətlərində bəyan etsəniz biz sizin sənədləri qəbul etməyəcəyik kimi absurd fikirlər səsləndirməyə başlayıblar. Bu isə hazırki iqtisadi durumda çörəyi avtomobil ticarətindən çıxan vətəndaşın sıxışdırılması kimi qiymətləndirilir. Bu bir çox sadə vətəndaşın işsiz qalması, əldə etmək istədiyi cüzi gəlirdən məhrum olması, zərər çəkməsi deməkdir. Baş verənlər fərdi avtomobil satışı ilə məşqul olan şəxslərlə yanaşı broker fəaliyyəti ilə məşqul olan şirkətlərin də taleyini sual altına alıb.
Araşdırmamıza əsasən dəqiqləşdirdik ki, “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən” qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014 – cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq olunub.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər. Yəni bu xidmət qanunla tənzimlənir.
Qaydalara əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.
Amma yaşayananlar göstərir ki, qanun pozulur. Bu pozuntu həm idxalçının cibinə ziyan, hüquqlarına zidd olmaqla yanaşı sağlamlığını belə təhlükə qarşısında qoyub. Bu da azmış kimi, 100-lə işçisi olan broker şirkətlərinin fəaliyyətinə təhlükə yaranıb.
Hazırki vəziyyətdə Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müvafiq qabaqlayıcı addımlar atılmasa və bu proses uzun müddət davam etsə naəlac qalan vətəndaş mövcud vəziyyətlə bağlı Cənab Prezidentə müraciət ünvanlamağı planlaşdırır.
Hazırda isə real vəziyyət belədir.
Karantin qaydalarının kobud şəkildə pozulması nəticəsində koronavirus təhlükəsinin artması. Cənab Prezidentin rəhbərliyi altında böyük əziyyət və məsuliyyət hesabına aylarla çəkilən zəhmətə zərbə vurulması.
Cənab Prezidentin sahibkarların, ələlxüsus da həssas təbəqənin fəaliyyətinə verdiyi dəstəyə laqeyd yanaşılması.
Görünən budur ki, bu gün ölkədə koronavirusla böyük əziyyət və zəhmət bahasına aparılan mübarizə nəticəsində əldə edilən uğurlu nəticə, sahibkarların, ələlxüsus da həssas təbəqənin hüquqlarının qorunması, vətəndaşın evinə bir parça çörək apara bilməsi üçün dövlət tərəfindən bütün lazımi köməkliyin göstərilməsi istiqamətində atılan addımları bir daha kimlərəsə yenidən xatırlatmaq gərəkdir.
Məsələ ilə bağlı Gömrük Komitəsi də açıqlama yayıb. Açıqlamada bildirilir ki, qapalı məkanlarda yoluxma riskinin daha yüksək olduğu nəzərə alınaraq vətəndaşlara sosial məsafəyə riayət etməklə binanın kənarında dayanmaları, növbə ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmaları və rəsmiləşdirmə proseslərini həyata keçirilmələri tövsiyə olunur. Buna baxmayaraq yenə də bəzi sahibkarlar verilən tövsiyələrə əməl etməyərək məsuliyyətsiz davranırlar.
Yazıda qeyd olunan avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verilməsinə gəldikdə, hətta səsgücləndiricilərlə elan edilməsi iddiaları isə komitə gülünc adlandırıb: “Tamamilə yalan və əsassız olan bu məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. İdxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslər istənilən dolayı gömrük təmsilçiliyi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməkdə sərbəstdirlər və bu onların hüququdur.
Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır”.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı..."
03.10.2026, 12:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTOLAR
03.10.2026, 11:00 GÜNDƏM
-
Bakıda ərzaq satışı köşkündə 58 yaşlı kişi yanaraq ölüb
03.10.2026, 10:27 CƏMİYYƏT
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib - SƏRƏNCAM
03.10.2026, 10:06 GÜNDƏM
-
XİN: "Ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri..."
03.10.2026, 09:46 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşdı
03.10.2026, 09:08 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyun oldu, hansı komandalar qalib gəldi? - Türkiyə yenə uduzdu
03.10.2026, 00:46 İDMAN
-
Türkiyədə televiziya kanalı bağlanıb
03.10.2026, 00:03 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03.10.2026, 00:00 CƏMİYYƏT
-
Türkiyə futbolunda ard-arda baş verən qalmaqallı həbslər... - UEFA hərəkətlənib
02.10.2026, 23:44 İDMAN
-
Türkiyəli məşhur aktyorun saatı gündəm oldu - FOTO
02.10.2026, 23:37 ŞOU-BİZNES
-
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı - VİDEO
02.10.2026, 23:31 GÜNDƏM
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
02.10.2026, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
02.10.2026, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
02.10.2026, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
02.10.2026, 19:24 İDMAN
-
Ferran Torres İspaniya millisindən çıxarılıb
02.10.2026, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatı satışa çıxarıldı
02.10.2026, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
02.10.2026, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
02.10.2026, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
02.10.2026, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki?" - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
02.10.2026, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
02.10.2026, 17:49 DÜNYA