Partiya sədri ermənilərlə rəqs edən Ramil Hacılını döyülməklə təhdid etdi

img

05-11-2013 [16:51]


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının beynəlxalq tədbir çərçivəsində Ermənistanda səfərdə olarkən erməni qızı ilə rəqs etməsi cəmiyyətdə ajiotaj doğurub.

Moderator.az-a açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Havıyev Ramin Hacılının bu hərəkətini qınayıb:
"Qanı azərbaycanlı insanların əlinə batmış bir xalqın nümayəndəsi ilə qol qaldırıb oynamaq bizlərə yaraşan iş deyil. R. Hacılı Ermənistanda viski içib, orda kef çəkməsini cəzasız qoymaq doğru deyil. Hüquq mühafizə orqanları bu işi araşdırmalı və bununla bağlı tədbir görməlidirlər. Mən özüm şəxsən partiyamızın gənclərinə müraciət edib yaxın günlərdə Ramin Hacılını döydürəcəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA