Şəkidə polis məhkəmə binasını mühasirəyə aldı - Fotolar

img

04-11-2013 [15:00]


Bu dəqiqələrdə Şəki Ağır Cinayətlər Məhkəməsinin qarşısında qələbəlikdir. "Yeni Müsavat" qəzetinin reportyoru Nərgiz Yaqublunun verdiyi məlumata görə, saat 14.00 olsa da proses hələ başlamayıb, ancaq onun ləngiməsi və ya təxirə salınması barədə də məlumat yoxdur. Güman olunur ki, müttəhimlər məhkəmə binasına gətiriliblər.

Qeyd edək ki, məhkəmə prosesi üçün ayrılan zal ən çoxu 50 nəfər tuta bilər, ancaq məhkəmədə iştirak etmək istəyənlərin sayı 200 nəfərdən çoxdur.

İlqar Məmmədovun vəkili Fuad Ağayev məhkəmənin təxirə salınması ilə bağlı vəsatət qaldırıb. O, prosesin daha geniş zalda keçirilməsini tələb edib. Lakin vəsatət rədd edilib.

Haqqin.az saytı xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin binası polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında bir neçə avtomatlı var. Bu dəqiqələrdə ittiham olunanların məhkəməyə gətiriləcəyi bildirilir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA