"Elə bir şey ola bilməz ki, vəzifədə qohumun olsun və sənə xeyri dəyməsin" - Deputat

img

03-09-2020 [13:13]


"Elə bir şey ola bilməz ki, vəzifədə qohumun olsun və onun sənə bir manat belə xeyri dəyməsin. Kim elə deyirsə, boş söhbətdir. Əgər vəzifədəsənsə, hamıya xeyrin dəyir". 

Bu sözləri millət vəkili Aqil Abbas son vaxtlar cəmiyyətdə şöhrətə meylin artmasının səbəbləri barədə danışarkən deyib.

Qeyd edib ki, insanlar vəzifədə işləyən qohumlarından xeyir gördükləri üçün onlarla fəxr edirlər:

"Bə, təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün ölkələrində vəziyyət belədir.  Mən hər gün saytları, sosial şəbəkələri izləyirəm. Baxırsan ki, Türkiyədə kimsə 27-ci babası ilə öyünür. Deyir babam Malazgirddə vuruşub və ya 37-ci babam Sultan Məhəmməd Fatehlə birlikdə döyüşdə olub. O cümlədən də ingilislər, hansını dindirsən məlum olacaq ki, babası Napaleon Bonapartın sağ əli olub. Bu tendensiya bütün dünyada müşahidə edilir”/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA