Ədalət Partiyasının sədr müavini VİP sədri ilə görüşdü: "Anlaşa biləcəyimiz çox nöqtələrdə asanlıqla dil tapa bildik"
02-09-2020 [18:53]
Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü bu gün Vətəndaş və İnkişaf Prtiyasının sədri Əli Əliyevlə görüşüb.
Mia.az xəbər verir ki, bu haqda E.Şükürlü özünün "Facebook" hesabında məlumat verib.
Sədr müavini bildirib ki, o, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun tövsiyəsi ilə, ölkədə siyasi barış və dialoq mühitinin yaradılmasına nail olunması istiqamətindəki təşəbbüsləri çərçivəsində bu görüşü keçirib.
E.Şükürlü Əli Əliyev haqda isə bunları qeyd edib: "Digər partiya sədrləriylə müqayisədə, Əli Əliyev Azərbaycan siyasətinin nisbətən gənc, ancaq kifayət qədər yetkin və təcrübəli, siyasi baxımdan hazırlıqlı yeni nəsil müxalif partiya rəhbərlərindən sayılır. İki dəfə prezidentliyə, 5 dəfə deputatlığa namizədliyini irəli sürsə də, hər dəfə bir bəhanə ilə kənarda saxlanan və məkrli siyasi oyunlarda iştiraka razılıq verməyən müxalif siyasətçilərimizdəndir. İnsani münasibətlərdə, eləcə də xalqın problemlərinin həllinə münasibətdə səmimi və dürüstdür. Üstəlik, uzun illərdir müəllim kimi həm də Tibb Universitetində pedaqoji fəaliyyətlə məşğuldur və ən çirkli mühitdə belə, öz təmiz adını həmişə qoruyub saxlaya bilib. Milli maraqlarımızın müdafiəsində güzəştsiz və prinsipial olduğundan, bugünkü görüşümzdə uzlaşa və anlaşa biləcəyimiz çox nöqtələrdə asanlıqla dil tapa, təmas qura bildik".
E.Şkürlünün sözlərinə görə, Qarabağın azadlığı üçün siyasi qüvvələr arasında vahid milli mövqedən çıxış edilməsinin zəruriliyi, Rusiya-Ermənistan ittifaqına qarşı Azərbaycan-Türkiyə hərbi ittifaqının qurulmasının vacibliyi haqda Ədalət Partiyasının mövqe və baxışları ilə VİP sədri Əli Əliyevin mövqe və baxışları üst-üstə düşüb.
"Partiyalarımız arasında bu təmasların intensivləşdirilməsi və gələcəkdə daha geniş tərkib və formatlarda davam etdirilməsi razılaşdırıldı"- deyə, E.Şükürlü qeyd edib.
Xatırladaq ki, bundan əvvəl E.Şükürlü Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərlə görüşmüşdü.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub