Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq

img

03-09-2020 [10:26]


2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyi xəbər verir ki, sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 847,5 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır.

Beləliklə, büdcə kəsri 1 520,5 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 54,9% azdır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA