Nazir: "Neftə olan tələbat böhrandan əvvəlki səviyyəyə 2021-ci ildə çıxacaq"

img

02-09-2020 [17:20]


Neftə olan qlobal tələbat böhrandan əvvəlki səviyyəyə 2021-ci ildə çatacaq.

TASS xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, neft bazarını sabitləşdirən "OPEC+" razılaşması olmasaydı, neftin qiyməti mövcud səviyyədən ən azı iki dəfə aşağı olardı.

Nazir qeyd edib ki, neftə olan tələbat hazırda 90% bərpa olub, 2021-ci ilin birinci və ya ikinci yarısında isə böhrandan əvvəlki səviyyəyə çata bilər: "Görürük ki, may ayından avqust ayınadək istər qlobal, istərsə də daxili bazarlarda neftə tələbat bərpa olunur. Lakin buna baxmayaraq, hələ böhrandan əvvəlki səviyyəyə çatmayıb. Tələbat 90% səviyyəsinə çatıb. Bəzi təxminlərə görə, tələbat 2021-ci ildə bərpa ediləcək, fərqli təxminlər var – ya ilin birinci, ya da ikinci yarısında. Dünya iqtisadiyyatının bu gün necə bərpa olunacağından və məhdudlaşdırıcı tədbirlərin aradan götürüləcəyindən çox şey asılıdır"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA