Rövnəq Abdullayev hökümət dəyişikliyindən danışdı

img

04-11-2013 [13:01]



"İrakli Qaribaşvili bir müddət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi böyük layihələrinin dəstəkçisi olub"

"Mən düşünmürəm ki, Gürcüstandakı hökümət dəyişikliyi bizim əməkdaşlığımızda fərq yaradacaq". Bunu Dövlət Neft Şirkətinin prezidentin Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.

Onun sozlərinə görə, ARDNŞ beynəlxalq şirkətdir və işlərini də beynəlxalq qanunlara uyğun aparır:

"Bizim gördüyümüz işlər və apardığımız layihələr qanunlarla bağlıdır. Mən düşünmürəm ki, Gürcüstandakı hökümət dəyişikliyi bizim əməkdaşlığımızda fərq yaradacaq. Dəyişiklik var. Stabil hökümətdir. İvanaşvili yeni baş nazirə səlahiyyətlərini verib. Biz Gürcüstanın yeni baş naziri İrakli Qaribaşvili ilə əvvəllər çox sıx əlaqələrimiz olub. O, bir müddət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi böyük layihələrinin dəstəkçisi olub. İnanırıq ki, bundan sonra da yeni hökümətin başçısı kimi İrakli Qaribaşvili ilə də əməkdaşlığımız sıx şəkildə dəvam edəcək."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA