Rəsul Quliyev Milli Şuraya lətifə qoşdu - qalmaqal

img

04-11-2013 [10:43]


Açıq Cəmiyyət Partiyasının (ACP) istefa verən lideri Rəsul Quliyevlə Milli Şura üzvləri arasında söz davası davam edir.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, eks-spiker Milli Şurada təmsil olunan liderləri ələ salaraq onlara lətifələrin qoşulduğunu bildirib:

"Milli Şuranın 20 ildir müxalifətçilik edən liderlərinin özlərinə bəraət qazandırmaq üçün göstərdiyi səbəblər başa düşülən deyil. Bu ən zərərli ideyadır. Bu ideya ilə istənilən məğlubiyyətə haqq qazandırmaq olar. Heç kim Yelçin tankın üstünə çıxdığına görə qalib gəldi deməz. Tarixin təkəri fırlanır. Fakt filankəs uddu, filankəs məğlub oldudan gedir. Fəlakət ondadır ki , ideya müəllifi liderlər bir neçə dəfə deyəndən sonra özünün heç bir günahı olmadığına inanır, yenidən qolunu çırmayıb 5 ildən sonra biz udacaydıq deməyə hazırlaşırlar. Bu artıq 20 ildir təkrar olunur. Bu tipli fikirlər xalq arasında çoxdan geniş yayılmış lətifələrə çevrilib. Yadınıza salın məğlubiyyətin səbəblərini ələ salan lətifələri...”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA