"Minsk Qrupunun tərkibindəki bütün dövlətlərin prosesdə daha da aktiv iştirak etməsi üçün..." - Prezidentin köməkçisi

img

30-08-2020 [15:51]


Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi işğalçı Ermənistanı silahlandırması fonunda həmsədr dövlətlərin tərkibinin genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib.

Azərbaycan Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarını müzakirəyə çıxara bilərmi?

Mia.az xəbər verir ki, Minsk qrupunun həmsədr dövlətlərin tərkibinin dəyişdirilməsi, Türkiyənin həmsədrliyə gətirilməsi məsələsinin mümkün olub-olmadığını Teleqraf.com-a şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Minsk qrupunun tərkibində olan 11 dövlətdən birinin Türkiyə olduğunu xatırladıb.

"Sadəcə olaraq, bizim istəyimiz ondan ibarətdir ki, Minsk Qrupunun tərkibində olan bütün dövlətlərin prosesdə daha da aktiv iştirak etməsi üçün şərait yaradılmalı və tam tərkibdə görüşü keçirilməlidir", - deyə Prezidentin köməkçisi qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA