Siyavuş Novruzov töhmət almasına belə reaksiya verdi: "Burda nə var ki..."

img

22-08-2020 [15:15]


“Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu barədə danışmaq istəmirəm, yaxşı, yaxşı, sağ olun”.

Mia.az xəbər verir ki, bunu Redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq müllət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA