03-11-2013 [19:50]
Prezident seçkilərindən sonra yeni hökumətin formalaşması və bir sıra kadr dəyişikliklərinin edilməsi cəmiyyətdə hələ də müzakirə mövzusudur. Hazırda ictimaiyyəti daha kimlərin vəzifədən kənarlaşdırılacağı maraqlandırır.
Kənd təsərrüfatı nazirinin sabiq müavini, siyasət elmləri doktoru Cümşüd Nuriyevlə söhbətimiz də hökumətin tərkibindəki dəyişikliklər və bundan sonra gözlənilən kadr islahatları barədə oldu.
- Əslində, baş verənlər hökumətin tərkibində qismən dəyişikliklərin edilməsidir. Kənardan heç kəs gətiril-məyib, təyinatlar əsasən komanda daxilindən olub. Bir Əli Əhmədov Baş nazirin müavini gətirilib. Ancaq müəyyən mənada peşəkarlar digərlərini əvəz edib.
Əgər Müdafiə naziri Səfər Əbiyev haqqında mətbuatda kifayət qədər kəskin materiallar yer alırdısa və o, bu müddət ərzində vəzifədə qalmışdısa, onun istefaya göndərilməsi zəruri idi. Onun yerinə Zakir Həsənovun gətirilməsi müsbət addımdır. Zakir Həsənovun barəsində müxtəlif fikirlər olsa da, o, kifayət qədər peşəkardır və Daxili Qoşunlarda lazımi səviyyəni əldə edə bilmişdi. Amma buna qısqanclıqla yanaşanlar da var.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qeyri-peşəkar idi, onun yerinə təyin edilən Səlim Müslümov isə kifayət qədər peşəkardır və işini yaxşı bilir. Səlim Müslümov həm akademik təhsillidir, həm də bu sahə üzrə ixtisaslaşıb, Azərbaycanda pensiya islahatlarını həyata keçirən bir adamdır.
Heydər Əsədov Kənd təsərrüfatı naziri postuna gətirilməzdən öncə Hesablama Palatasında normal səviyyədə fəaliyyət göstərib. O da akademik təhsillidir. 6 ilə yaxın Hesablama Palatasına rəhbərlik edib ki, bu da ona iqtisadi analiz eləmək qabiliyyətinə sahib olmaq imkanı verir.
Kənd Təsərrüfatı Nazirliyi elə bir sahədir ki, orda peşəkarlıqla yanaşı, iqtisadi idarəetmə qabiliyyəti də tələb olunur. Əvvəlki nazir isə nə peşəsini bilirdi, nə də idarəçiliyi bacarırdı. Baxmayaraq ki, İsmət Abasov indi daha yüksək vəzifəyə gedib. Ancaq İsmət Abasov hökumətin ümumi görünüşündə itib-batacaq. Aqrar sahənin kurasiyası ilə ümumi şəkildə məşğul olacaq, daha çox yuxarıdan verilən tapşırıqları yerlərə çatdıracaq. Ona görə də bu dəyişikliklər ilkin mərhələdə müsbətdir.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsində islahat aparıldı, birləşmə edərək yeni bir sistem yaradıldı və yeni bir rəh-bər gətirildi. Aydın Bəşirovla bağlı fikirlər heç də birmənalı şəkildə yaxşı deyildi.
Bundan əlavə, Sənaye və Energetika Nazirliyindən sənayeni alıb İqtisadi İnkişaf Nazirliyinə verdilər. Bu da Azərbaycan üçün yenilikdir.
- Bəs növbəti mərhələ üçün gözləntiniz nədir?
- Prezident seçkilərdən öncə "sistemli islahatlar" terminini işlətmişdi. Dünya praktikasında bu mexanizmdən istifadə olunur. Bunun ilk addımlarını atdı. Amma sistemli islahatlar elədir ki, dəyişikliklər davam etməlidir. Yaxın altı ay ərzində indiki hökumət keçid hökuməti hesab olunur. Düzdür, bu hökumət siyasi kursa sədaqət göstərən hökumətdir, amma yaxın beş ildə Azərbaycanı təmsil eləmək iqtidarında deyil. Baş nazir və onun müavinləri, köhnədən qalan nazirlər hökuməti daha da geri çəkəcək. Yəni, siyasi cəhətdən sədaqət hökuməti olsa da, yaxın illər ərzində iqtisadi cəhətdən fəlakət hökumətinə çevrilə bilər. Bu da Azərbaycan üçün çox təhlükəlidir. Ona görə də əgər köhnə komandadan çox adam dəyişməyibsə, bu o demək deyil ki, kadr islahatları davam etməyəcək. Çünki əksər ölkələrdə seçkidən sonra əvvəlcə köhnə hökumətə dəymirlər, sonradan tədricən dəyişikliklər edirlər. Bu mənada, yaxın aylarda hökumətdə ciddi dəyişiklik olacaq.
- Cümşüd bəy, kadr dəyişikliklərinin detallarına varmaq istəyirəm. Siz ən çox Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı tənqidi fikirlər səsləndirirdiniz. Artıq yeni nazir təyin edilib və Heydər Əsədov iki nazir müavininin işdən çıxarılmasına nail olub. Bu sahədəki dəyişiklikləri necə dəyərləndirirsiniz?
- Yeni gələn nazirin kadrlarla bağlı dəyişiklik etməsi normaldır. Nazirlikdə əsas iki müavin cavabdehlik daşıyırdı - Bəhram Əliyevlə Aslan Aslanov. Mən onların hər ikisini yaxşı tanıyıram. Bəhram Əliyev elmlər doktorudur, hidrotexnikdir, kənd təsərrüfatının daha çox o sahəsini yaxşı bilir. Amma Aslan Aslanov kənd təsərrüfatı ilə dolayı bağlı idi, birbaşa bağlılığı yox idi.
Nazirlikdə kifayət qədər peşəkarlar var. Bu baxımdan Heydər Əsədov üçün peşəkarlıq yox, idarəçilik ön plandadır. Orda böyük bir komanda var, o komandanı düzgün yönləndirmək və idarə eləmək lazımdır.
Kənd təsərrüfatı sistemində kifayət qədər elmi-tədqiqat institutları, ali təhsil ocağı və texnikumlar var. Onların bazasında həm elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq eləmək olar, həm də yeni innovasiya təkliflərini gündəmə gətirmək mümkündür.
Mənə elə gəlir ki, o sahədə Heydər Əsədov üçün əsas iki problem var. Onlardan biri "Aqrolizinq"dir - həmin qurum nazirlik haqqında yaxşı olmayan fikir formalaşdırır.
Bir də kənd təsərrüfatına yardımla bağlı qurum var, həm beynəlxalq təşkilatlar, həm də yerli sahbkarlarla işləyir. Bax, bu iki qurumla bağlı müəyyən addımlar atılmalıdır.
Eləcə də baytarlıq sistemində çox ciddi islahatlara ehtiyac var. Heydər Əsədov maliyyəçidir, yaxşı olar ki, o istiqamətdə addımlar atsın.
Aqrar siyasətdə iqtisadi, sosial, innovasiya, struktur dəyişikliklərinə getmək lazımdır. Düzdür, ərzaq təhlükəsizliyi ilə bağlı proqram qəbul olunub, amma bu, bütünlüklə Kənd Təsərrüfatı Nazirliyinin işi deyil. İsmət Abasovun vaxtında Kənd Təsərrüfatı Nazirliyi bütün səlahiyyətlərini itirib. Nazirlikdən alınan səlahiyyətlər geri qaytarılmalı və Azərbaycanda aqrar siyasətə cavab verən qurum formalaşdırılmalıdır. Yaxşı olar ki, nazirliyin adında da yenilik edilsin - Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi olsa, daha yaxşıdır. Ancaq İsmət Abasovun ətrafında olanlar Heydər Əsədovun ətrafına toplaşacaqsa, əsas onların dedikləri olacaqsa, onda yeni nazirin də fəaliyyəti çox uğursuz olacaq. Düzü, mən qeyd olunan dəyişiklikləri etmək potensialını Heydər Əsədovda görürəm.
- Yəqin ki, yeni Müdafiə naziri Zakir Həsənovun apardığı kadr dəyişikliklərini də izləyirsiz. Müdafiə Nazirliyi sistemindəki dəyişiklikləri necə dəyərləndirirsiz?
- Yüksək dəyərləndirirəm. Çünki Səfər Əbiyev Müdafiə Nazirliyində klançılıq yaratmış, böyük bir korrupsiya sistemi formalaşdırmışdı. Xeyli sayda insan bu nazirliyin hesabına milyonçu olub. Bu qurumun tenderləri artıq lətifəyə çevrilmişdi. Azərbaycanın nəyinə lazım idi ki, Gədəbəydən gedib İrandan kartof tozu gətirsinlər?Elə əməliyyatlar var ki, cinayət tərkiblidir. Yəni, Azərbaycan Ordusunda kifayət qədər problemlər var.
Mənim Zakir Həsənova yazığım gəlir. Əsgərliyə gedən uşaqlar ailələrindən konfetdən belə istəyirdilər. Mənim əsgəri xidmətdə olan qohumlarım evlərinə sifariş göndərirdilər ki, kontur göndərin. Zabitlər əsgərə konfetdən belə gətizdirirdilər. Əsgərə gedənin arxasınca sanki bütün nəsil düşürdü ki, başına bir faciə gəlməsin. Dinc şəraitdə bu qədər əsgər ölümü olar? Heç kim Müdafiə Nazirliyinin hərbi hissələrinə getmək istəmirdi. Hamı çalışırdı ki, övladı Daxili Qoşunlarda, yaxud da Sərhəd Qoşunlarında xidmət eləsin. Çünki orda əsgərə normal baxırdılar. Müdafiə Nazirliyinin hərbi hissələrində isə əgərdən pul yığmaqla məşğul idilər.
- Sizcə, Zakir Həsənovun nazir təyinatından sonra bu hallar aradan qalxacaq?
- Düzəlməyəcəksə, Zakir Həsənov da Səfər Əbiyevin tayı olacaq. Ancaq mən ümid edirəm ki, qayda-qanun yaranacaq. Zakir Həsənov Daxili Qoşunlarda özünü sübut edə bilib. Düzdür, Müdafiə Nazirliyində çətin ola-caq, ona bir qədər vaxt lazımdır. Sözsüz ki, kadr məsələlərində müəyyən uğursuzluqlar da olacaq, amma nə qədər bəyənməsələr də, Zakir Həsənov ən azı Müdafiə Nazirliyi sistemində uzun illərdən bəri formalaşan klanın kökünü qazacaq.
Son 20 il ərzində Azərbaycanın Müdafiə Nazirliyi əslən eyni bölgədən olanların əlində cəmləşmişdi. Hər şeyi bağışlamaq olardı, amma bunlar Müdafiə Nazirliyini sırf etnik tərkibdə formalaşdırmışdılar. Etnik olmayanlar isə oruda zülm çəkirdi. Hesab edirəm ki, Zakir Həsənov ən azı bu haqsızlığı aradan qaldırdığına görə tarixə düşəcək.
- Füzuli Ələkbərov da istefaya göndərildi və onun yerinə Səlim Müslümov gətirildi. Bu dəyişiklikdən sonra sosial təminat sahəsində irəliləyiş gözlənilirmi?
- Səlim Müslümov kifayət qədər peşəkardır. O, Azərbaycanda dünya standartları səviyyəsində pensiya sistemi yaratdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çox ciddi problemlər var idi. Bunlar yerlərdə şöbə müdirlərini məcbur edirdilər ki, pul yığsınlar. Fikir verirsinizsə, korrupsiyaya qarşı mübarizədə ən çox tutulanlar da bu qurumun işçiləri idi. Mən o sistemi çox yaxşı bilirəm. Orda müavinlər də ciddi rol oynaya bilmirdilər, çünki onları oyundankənar vəziyyətdə saxlamışdılar. Füzuli Ələkbərov isə biznesmen idi və bu sahəyə də biznes kimi baxırdı. Ondan fərqli olaraq, Səlim Müslümov Sosial Müdafiə Fondunda işləyən vaxtı bu sahəni kifayət qədər mənimsədi.
Azərbaycanda ən ağrılı sahələrdən biri sosial təminat sahəsidir. Səlim Müslümov bu sahəyə ciddi yeniliklər gətirə biləcək. Yəqin ki, yaxın gələcək üçün Azərbaycanın sosial siyasət proqramı hazırlanacaq. Səlim Müslümov isə bu proqramın hazırlanmasına önəmli töhfələr verə bilər.
- Səlim Müslümovun sistemdə dəyişikliyə nail olmaq üçün kadr islahatı aparmaq imkanları nə qədərdir?
- Bu günə kimi Səlim Müslümov elə bir ciddi dəyişiklik eləməyib. O, bu nazirlik sisteminə yeni gəldiyi üçün qısa müddət ərzində ciddi dəyişiklik apara bilməyəcək. Ona görə də əvvəlcə özünə yaxın olan bir neçə adamı gətirməlidir ki, prosesə tam nəzarət edə bilsin.
Ümumiyyətlə, elə sahələr var ki, yeni rəhbər gələndə köklü dəyişikliklərin həyata keçirilməsi lazım olur. Məsələn, Zakir Həsənov nazir postuna gələndən bəri çox köklü dəyişikliklər edib, çünki ora bataqlıqdır. Heydər Əsədov da yarımbataqlığa düşüb, ona görə də onun elədiyi dəyişikliklər müdafiə nazirinkindən azdır. Amma Səlim Müslümovun düşdüyü vəziyyət ürəkaçan olmasa da, onun işi bir az yüngüldür.
- Cümşüd bəy, hökumətin tərkibində dəyişikliklər əsasən iqtisadi korpusu əhatə elədi. Müdafiə Nazirliyi istisna olmaqla, güc nazirliklərinin rəhbərliyində dəyişiklik olmadı. Sizcə, buna ehtiyac yoxdur, yoxsa...
- Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Azərbaycanın daha çox dəyişikliyə və islahata ehtiyacı olan sahəsi iqtisadi sahədir. Qanunvericiliyə istənilən vaxt əl gəzdirmək olar. Azərbaycan yeni iqtisadi siyasət yürütmək, yeni sosial dövlət yaratmaq, ərazi bütövlüyünü təmin etməkdən ötrü müvafiq addımlar atdı. İnanıram ki, qanunvericiliyin icrası ilə bağlı da müəyyən addımlar atılacaq. Bəlkə də daxili təhlükəsizliklə bağlı problem yoxdur.
Bir də bu gün əlindən bir çox səlahiyyəti alınan orqanlardan biri Daxili İşlər Nazirliyidir. ASAN Xidmət Daxili İşlər, Ədliyyə nazirliklərinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində olan rüşvət mexanizmini dağıdıb. Bu mənada sözügedən qurumların rəhbərlərinin dəyişməsi elə bir önəm daşıma-yacaq. Hansı sahələr ağrılı idi, onları ASAN Xidmətə veriblər və bununla da problem həllini müəyyən qədər tapıb.
Amma prokurorluğa baxmaq lazımdır, çünki ölkədə qanunların icrası ilə bağlı müəyyən narazılıqlar var. Əd-liyyə sistemindən, xüsusən də cəzaçəkmə müəssisələrindən daha çox şikayətlər edilir.
Çinarə Ağayeva biznesdə yeni trenddən - freelance və gig-iqtisadiyyatdan danışır: “Daimi iş” anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı