MMP–nin seçkisonrası ilk toplantısı keçirilib

img

01-11-2013 [15:31]


Bu gün Müasir Musavat Partiyasında MMP İdarə Heyəti, rayon təşkilat sədrləri və prezident seçkiçkisində təblğat-təşviqat qruplarının rəhbərləri, Hafiz Hacıyevin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Toplantıda ilk öncə ölkədə və dünyada baş verən ictimayi-siyasi hadisələr müzakirə edilib. Daha sonra seçki marafonu dövrü görülən işlərin hesabatı dinləilib.Baş verən mənfi və müsbət hadisələr partiyanın siyasi mövqeyinə uyğun dəyərləndirilib Müzakirə ediləcək digər mövzular isə partiyanın siyasi xəttində və mövqeyində dəyişikliklər edib-etməyəcəyi olub.Hələlik bu məsələnin gündəmə gətrilməsinin yersiz olduğunu deyən İdarə Heyəti, gələcəkdə zərurəət yaranarsa bu haqda düşünəsəklərini qeyd ediblər. 

Toplantı iştirakçıları onu da qeyd ediblər ki, xaricdə və daxildə yaranmış son dərəcə paradoksal siyasi vəziyyət bizi tamamilə yeni taktika, eləcə də strategiya yaratmağa sövq edir. İdarə heyəti ölkədə cəryan edən siyasi məsələlərə, xüsasən də radikal müxalifət cəbhəsində hal hazırda mövcud olan vəziyyətə də münasibət bildirib. Seşkidə çox böyük fərqlə məğlub olan Milli Şura üzvlərinin seçkidən əvvəl aralarında baş verən narazılıqları seçkidən sonra davam etdirməsini heç bir siyasi əxlaqa sığmadığını qeyd ediblər və İH üzvləri bu narazılıqları yaradan səbəblərin subyektiv və obyektiv tərəflərini müzakirə ediblər..Toplantı iştirakçıları xüsusən həmin cəbhənin xarici qüvvələrin girovuna çevrilmələrini qınayıblar. Toplantının sonunda partiyadaxili məsələlər haqqında da rayon təşkilat sədrlərinin hesabatı dinlənilib. İdarə Heyəti partiyanın təşkilatlanmasını gücləndirmək haqda MMP Rayon Təşkilat sədrlərinə ciddi tapşırıq veriblər.Tapşırıqların əsas mahiyyəti bundan ibarət olub ki, MMP rayon təşkilatları üzvlərinin yeni siyahısı rəhbərliyə təqdim edilsin, bununla yanaşı təşkilatlar yeni üzvlərin cəlb edilməsi üçün fəaliyyətlərini gücləndirsinlər, həmçinin ölkədə yaranacaq hər hansı siyasi duruma hazır olsunlar. Bununla da MMP –nin seçkisonrası ilk toplantısı başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA