Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 siyasi işi araşdırır

img

31-10-2013 [10:34]


Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökuməti ilə 2010-cu ilin parlament seçkisində namizədlərin hüquqlarının pozulması haqqında 11 şikayət üzrə kommunikasiyalara başlayıb. 

Dövləti məhkəməyə sabiq namizədlər Tofiq Yaqublu, Sərdar Cəlaloğlu, Bəxtiyar Hacıyev, İlqar Hüseynli, Nəriman Yəhyayev, Gözəl Bayramova, Nemət Əliyev, Salman İmanlı, Sahib Kərimov, Arzu Səmədbəyli, Həsən Kərimov verib.

Hüquqşünas İntiqam Əliyevin "Turan”a verdiyi məlumata görə, ərizəçilər seçki zamanı saxtalaşdırmalardan, o cümlədən hakimiyyətin qanunsuz müdaxiləsindən, inzibati resurslardan hakim partiyanın xeyrinə istifadədən, ayrı-seçkilikdən şikayət ediblər. Məhkəmə hökumət qarşısında qoyduğu sualları cavablandırmaq üçün 2014-cü ilin fevralın 7-nə qədər vaxt qoyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA