Müsavat seçkinin vaxtını açıqladı

img

30-10-2013 [14:45]


Noyabrın 16-da Müsavat Gənclər Təşkilatına yeni sədr seçiləcək. Bunu "Media forum” saytına Müsavat Gənclər Təşkilatını müvəqqəti idarə edən təşkilat komitəsinin üzvü Vasif Sadıqbəyli deyib.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı tutduğu postu avqustun 25-də tərk edib. Həmin gün yeni sədr seçkisi keçirilsə də, Müsavat Divanı sentyabrın 2-də bu seçkinin nəticəsini ləğv edib. O vaxtdan Müsavat Gənclər Təşkilatını müvəqqəti yaradılmış 6 nəfərlik (Nərgiz Yaqublu, Vasif Sadıqbəyli, Tural Hacıbəyli, Mətin Nağıyev, Fərid Həsənsoy və Kərim Kərimli) təşkilat komitəsi idarə edir.

Oktyabrın 30-da müvəqqəti təşkilat komitəsinin üzvü Vasif Sadıqbəyli "Media forum” saytına bildirib ki, Müsavat Gənclər Təşkilatı noyabrın 16-da konfrans keçirib yeni sədr seçəcək: "Hazırda Gənclər Təşkilatının tərkibini yenidən nəzərdən keçirməklə səs verəcək şəxslərin siyahısı hazırlanır”.

Vasif Sadıqbəyli bildirib ki, seçkinin noyabrın 16-da keçirilməsi haqda qərarı müvəqqəti təşkilat komitəsi oktyabrın 29-da çıxarıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA