Abbas Abbasov Araz Ağalarova məktub yazdı - mətn

img

30-10-2013 [11:10]



"Azerros” Ağsaqqal Şurasının sədri Abbas Abbasov "Şərəf” ordeni ilə təltif olunan azərbaycanlı iş adamı Araz Ağalarova təbrik məktubu göndərib.  O, Araz Ağalarova möhkəm can sağlığı, Rusiyanın xeyri naminə yeni ideyaların həyata keçirilməsi və səmərəli iş arzu edib:

"Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti və şəxsən öz adımdan sizi dövlət çükafatı olan "Şərəf” ordeni almanız münasibəti ilə ürəkdən təbrik edirəm.

Bu mükafat şəxsən sizin ölkənin sosial-iqtisadi inkişafındakı, onun gücünün daha da artmasındakı töhfələrinizə, sizin parlaq sahibkarlıq istedadınıza, "Krokus İnterneşnl” şirkətinin rəhbərinə və xeyriyyəçiyə verilən layiqli və qazanılmış qiymətdir.

Əminəm ki, sizin yüksək peşəkarlığınız, əməksevərliyiniz, məqsədyönlülüyünüz, işə yaradıcı yanaşmanız, tükənməyən enerjiniz gələcəkdə də qarşınıza qoyulan tapşırılqarı uğurla həll etməyə yardım edəcək”.

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA