"Bu ölkənin həyatı, taleyi ilə bağlı heç bir nüansa toxunmur, əksinə..." - Qulu Məhərrəmli
12-08-2020 [17:47]
Son günlər ölkədə ciddi proseslər baş verməsinə baxmayaraq, medianın gündəmini bloger xanımların boşanma xəbərləri zəbt edir.
Təəssüflə bildirməliyik ki, Aysel Şükürova və Aynişan Quliyevanın boşanmasına reaksiya verən, hətta onları sosial şəbəkələrdə saniyəbəsaniyə izləyən minlərlə insanın bəlkə də “müəllim”inin təcavüzünə məruz qalan 15 yaşlı yeniyetmədən xəbəri yoxdur. Şübhəsiz ki, burada son illər insanların ucuz şou xarakterli xəbərlərə meyl etməsi böyük rol oynayır.
Maraqlıdır, qeybət xarakterli bu xəbərlərə tələbin çox olması nə ilə əlaqəlidir?
Mia.az-ın məlumatıbna görə, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bu cür xəbərlərin yayılmasının iki səbəbi var:
“Onlardan birincisi insan psixologiyası ilə bağlıdır. Çünki insanlar adətən, belə xəbərlərə maraq göstərirlər. İkinci səbəbi isə bizim mediada bu cür xəbərləri yayan platformaların sayca çox olmasıdır. İnternet buna, xüsusilə, imkan verir, məlumatlar sosial şəbəkələrdə yayılır və insanlara da elə gəlir ki, bu ölkədə əsas xəbər kiminsə evlənməyi və ya boşanmağıdır. Halbuki bu xəbərlər cəmiyyət üçün heç bir ictimai əhəmiyyət kəsb eləmir. Qəzetlərin quruluşuna baxaq, 15 səhifə tam ciddi materiallara həsr olunur, sonda isə 1 səhifə dayces xəbərlər verilir. O dayces xəbəri biz birinci səhifəyə çıxaranda, tərsdən oxumağa başlayanda bu, ictimai düşüncədə çox pis izlər qoyur. Ona görə də mənə elə gəlir ki, peşəkar, klassik, ictimai media bu cür xəbərlərin üzərində dayanmamalıdır”.
Qulu Məhərrəmli qeyd edib ki, bu cür xəbərlərə biz-media önəm verəndə o tirajlanır, başqa qəzet və saytlar üçün əsas mövzuya çevrilir:
“Ənənəvi medianın bu məsələlərdə gözdən qaçırdığı məqamlar olur. Bəs biz xəbəri necə seçməliyik, bunun üçün hansı parametrlər var, xəbər dəyərləri nədən ibarətdir, bunlar doğrudanmı ictimai önəmi olan hadisələrdir? Bunların hamısı nəzərə alınmalıdır. Bu cür əyləncə, şou xarakterli xəbərlərə üstünlük verməmək lazımdır. Şəxsən kimin kimlə boşanmağı mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki o bu ölkənin həyatı, taleyi ilə bağlı heç bir nüansa toxunmur. Əksinə dəyərləri tapdalamaq üçün bir nüvədir. O cür xəbərlərin yayılması insanları ictimai problemlərdən, sağlam düşünməkdən yayındırır. Məncə keyfiyyətli media öz yolu ilə getməlidir”.
Həmsöhbətimiz vurğulayıb ki, bəziləri İP yığmaq üçün o cür materialları yayır:
“Bunlar sosial şəbəkə mövzusudur, qeybətdir. Ona görə də xəbərlərə xas olan keyfiyyət bu cür məsələlərə aid deyil. Hansısa məşhur adam ictimai hadisə ilə bağlı bir yanaşma ortaya qoyarsa, bu, media üçün mövzu ola bilər. Amma restoranda kofe içmək mövzu olmamalıdır. Düzdür, həmin xəbərlərə dizayn verilir deyə, onlar istər-istəməz adamın gözünə sataşır. Amma bilmək lazımdır ki, onlar faydasızdır. Onlar əxlaqda, düşüncədə, ictimai davranışda pozuculuq dalğası yarada bilir. Ona görə də həmin xəbərləri xüsusi saytlar verə bilər və kim istəyirsə, girib həmin sayta baxsın”.
Media eksperti hesab edir ki, bunu Azərbaycan cəmiyyətində intellektual səviyyənin aşağı olması ilə əlaqələndirmək doğru olmaz:
“Ümumiyyətlə, bütün cəmiyyətlərdə həm intellektual, həm də çoxluqdan ibarət olan intelleksiz, mütaliəsiz təbəqə olur. Amma məsələ ondadır ki, bu balans hazırda necədir, hansı qat daha çoxdur? Ona görə də media birinci tərəfdə dayanmalıdır. Əyləncə saytları xarici ölkələrdə də var. Məsələn, xarici mətbuatda Hollivud ulduzları ilə bağlı xəbərlər yer alır. Lakin onların ulduzlarının cəmiyyətə baxışı bizimkilərdən çox fərqlidir. Bizimkilərin ən böyük faciəsi “toylar niyə yoxdur, biz niyə pul qazanmırıq” düşüncəsidir. Amma Hollivud ulduzunun ictimai düşüncəsi hansı ölkədə hansı xeyriyyə tədbiri aparmağı ilə bağlıdır. İctimai düşüncədəki ölçülər baxımından fərqlər çoxdur. Ona görə də qatları necə təqdim etməyimiz önəmlidir”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb