Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib

img

22-10-2025 [18:02]


Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Lent.az-a danışan sənətkar bildirib ki, son günlər səhhətində narahatlıqlar artıb:

“Sağ tərəfimdə quruma gedir, uyuşur. Bronxlarım yaxşı vəziyyətdə deyil, məni boğur, nəfəs ala bilmirəm. Qan təzyiqim çox aşağıdır, dəmir çatışmazlığı da var. Artıq bir həftədir xəstəxanadayam. Əsəb və qocalıq məni öldürdü”.

Sənətkarın səhhəti həkim nəzarəti altındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA