Milli Məclisdə bıabırçılıq: deputatlar başqalarının da əvəzinə səs verdi (Video) (Fotolar)

img

29-10-2013 [17:20]


Bu gün Milli Məclisin növbəti plenar iclasında kuryoz hadisə baş verib.Virtualaz.org saytının əməkdaşının müşahidəsinə görə, qanunların qəbulu zamanı deputatlardan bir neçəsi digər həmkarlarının da əvəzinə səs verib.

Əməkdaşımız gündəlikdə olan 20 məsələnin müzakirəsi və qanunların qəbulu zamanı deputatların səs verməsi anından bir neçə maraqlı foto çəkib. Həmin fotolardan da aydın görünür ki, qanunlar qəbul edilərkən deputatlar zalda olmayan həmkarlarının da əvəzinə səs verirlər. Başqasının yerinə səs verən deputatlardan birinin Ceyhun Osmanlı olması dəqiq müəyyən edilib. Digərlərinin də adlarını öyrənməyə çalışacağıq.


Virtualaz.org




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA