Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

img

10-08-2020 [14:22]


"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

Mia.az xəbər verir ki, Ağdam təmsilçisi I mərhələdə Şimali Makedoniya "Sileks"ini keçəcəyi təqdirdə "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam klubunun mərhələ keçəcəyi təqdirdə matçı Bakıda olacaq. 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. "Qarabağ" "Sileks"i də doğma meydanda qəbul edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR