Zeynəb Xanlarovadan Qarabağlı deputatlara sərt təpki

img

29-10-2013 [13:05]



Milli Məclisin 29 oktyabr iclasında çıxış edən deputat Zeynəb Xanlarova deputatları Qarabağ məsələsindən danışmamaqda qınayıb.

Z.Xanlarova bildirib ki, Milli Məclisin iclaslarında bəzi deputatlar hər şeydən danışırlar, amma Qarabağ məsələsi yadlarına düşmür. O, xüsusilə Qarabağdan olan millət vəkillərini qınayıb. Zeynəb Xanlarova deyib ki, Milli Məclisdə Qarabağdan danışanlar daha çox Qarabağdan olmayan deputatlardır, qarabağlı deputatlar isə iclaslarda susmağa üstünlük verirlər: "Qarabağdan danışın, başqa ölkələrdə kimin kimə qulaq asması və baş verən hadisələr nəyə laızmdır. İstərdim ki, hər dəfə Qarabağdan danışaq. Qarabağdan danışanlar qarabağdan olmayanlardır” .

modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA