Prezident və Mehriban Əliyeva Yasamalda: "Maraqlandım, bura kim tərəfindən zəbt olunub və dərhal göstəriş verdim ki..." - FOTOLAR
04-08-2020 [16:19]
Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib:
-Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım.
Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə dörd hektar ərazini əhatə edir. Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.
İcazənizlə, ilk növbədə, bu ərazidə yaşayan sakinlərin xahişlərinə əsasən onların adından Sizə dərin minnətdarlığımızı bildirək.
Möhtərəm cənab Prezident, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaqdır.
Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.
Prezident İlham Əliyev: Çox yaxşı. Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.
O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir. Sizə təxminən nə qədər vaxt lazım olacaq?
Eldar Əzizov: Möhtərəm cənab Prezident, çalışarıq noyabrın sonuna kimi tamamlayaq.
Prezident İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.
Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını və xanımını salamlayıblar.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni parkda görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini veriblər.
Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.
Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub
ABŞ bəzi ölkələrə tarif tətbiqinin müddətini daha bir ay uzadıb: "Amma hər an hər şey ola bilər"
Özünü Allah sayan biclər... - Təbriz VƏFALI YAZIR
Biləsuvarda narkotik dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Qəzzaya növbəti hücum: daha 58 dinc sakin ölüb
Pentaqon Kiyevə müdafiə silahları göndərmək planlarını təsdiqləyib
Lənkəranda gənc sürücü yol qəzasında ölüb
İcra başçısının nümayəndəsi həbs edilib - Məhkəmə zalında
Netanyahu həbs təhdidinə cavab verdi: "Trampla gedəcəyik" - ABŞ lideri isə "başı böyük bəlaya girər" dedi
Tramp FTB haqqında belə dedi: "Başıpozuq liderlik səbəbiylə..."
TRAMP MOSKVA İLƏ KÖRPÜNÜ YANDIRIR: "Ukraynaya daha çox silah göndərəcəyik" - "Onlar özlərini müdafiə edə bilməlidir"
Tramp: "Şaranın çətin keçmişi var" - Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib
ABŞ prezidenti: "İranla danışıqlar olacaq" - "Onlar artıq "ABŞ-a ölüm, İsrailə ölüm" demirlər"
İstanbulda metrobüs yanıb - FOTO
Rusiyada miqrantların uşaqları üçün yeni problem... - Yekaterinburqda əcnəbi uşaqlar birinci sinfə qəbul edilmir
Türkiyədə zəlzələ olub - 5 bal gücündə
Bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
“Qarabağ”dan idman jurnalistlərinə yubiley jesti - Həmkarlarımızı futbol turnirinə dəvət etdilər
Premyer Liqada “Misli” müəmması bitdi - Mərc oyun sahibləri niyə sponsorluqdan geri çəkilib?
Abşeron Gənclər şəhərciyində mənzildə partlayış olub
"Bu, saxtadır" - Nazirlik açıqlama yaydı
İrandan Azərbaycana 42 kq narkotik keçirmək istəyiblər
Film istehsalı üçün çəkilmiş xərclər... - Hökumət yeni qərar verdi
Qarabağ zonasında daha 2331.8 hektar ərazi minalardan təmizlənib
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Vəzifədən çıxarılan nazir özünü güllələyib
Hindistanda daşqın: ölənlərin sayı 78-ə çatıb, 37 nəfər itkin düşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Əli Əsədov yeni qərar imzalayıb
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
Daha 74 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Abşeron magistral kanalında meyit tapılıb
Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olundu
"Sumqayıt"ın yeni baş məşqçi bəlli oldu
Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi - FOTOLAR
"Saakaşvili əfv edilməyəcək"
Prezident İlham Əliyev bu qanunlara dəyişiklik edib
PROREKTOR REKTOR TƏYİN EDİLDİ - Sərəncam + FOTO
Sabahın hava proqnozu açıqlandı
Metan qazından şəhid olan türk əsgərlərinin sayı artıb
Keçmiş hökumət başçısı özünə qəsd edib
General Kərim Vəliyev Səudiyyə Ərəbistanıa gedib