Rüstəm İbrahimbəyovun yeni təklifi var

img

28-10-2013 [14:26]


"Mən təklif edirəm ki, Milli Şurada həmsədrlik yaradılsın və professor Cəmil Həsənli həmsədr olsun”. Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov oktyabrın 28-də "Media forum” saytına açıqlamasında belə deyib.

İbrahimbəyov qeyd edib ki, bununla bağlı Milli Şura üzvlərinə məktub hazırlayıb və tezliklə göndərəcək: "Şifahi şəkildə mövqeyimi açıqlamışam və şura üzvləri bunu bilir. Rəsmi məktub da göndərəcəm. Cəmil Həsənli Milli Şuranın həmsədri olmağa razılıq verib. Əvvəlcə buna ciddi etiraz edirdi. İstəyirdi ki, şura mənim sədrliyimlə fəaliyyətini davam etdirsin. Eyni zamanda şura üzvlərinin həmsədrliyin yaradılmasını qəbul etməyəcəyindən narahat idi. Onunla müzakirələrimiz oldu və bundan sonra Milli Şurada həmsədrlik institutunun yaradılmasının, özünün həmsədr olmasının zəruriliyini qəbul etdi. Ona görə də Cəmil Həsənli həmsədr olmağa razılıq verib. İndi hər şey şura üzvlərindən asılıdır. Əgər sessiya razılıq versə, Cəmil Həsənli həmsədr olmağı qəbul edəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA