Polkovnik istefa raportu yazdı, Eldar Sabiroğlunun yerinə Təranə Məmmədova gətirilir

img

28-10-2013 [14:08]



Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb. 

Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.

Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq məlumatı təsdiqləyib və bunun normal hal olduğunu deyib: "Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənim, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanın, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram”.

Mia.az Müdafiə Nazirliyindəki mənbələrə istinadə edərək xəbər verir ki, Eldar Sabiroğlunun yerinə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova gətirilir: "Artıq onun əmri də hazırdır!"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA