Partiya sədrinə kim qəsd etmək istəyir?! - rəsmi açıqlama

img

28-10-2013 [13:36]



2013-cü il Prezident seçkisində namizədliyi qeydə alınan və seçkidə iştirak etmək hüququ qazanan Muasir Musavat Partiyasının sədri Hafiz Hacyevlə Milli Şuranın namizədi arasında İTV –də namizədlərə ayrılan pulsuz efir vaxtı yaşanan insidentdən sonra MMP sədrinə qarşı təzyiqlər başlayıb.

Mia.az xəbər verir ki, bu açıqlamanı partiyanın mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, hər debatdan sonra H.hacıyevin şəxsi telefonuna gələn nömrəli və nömrəsiz zənglərdən onu təhqir edir və öldürəcəkləri ilə hədələyiblər: "Hafiz Hacıyevin avtomobilinin izləndiyi də dəfələrlə hiss edilib. 2-3 gün bundan öncə isə çox gec saatlarda partiyanın qərargahına iki nəfər şübhəli şəxs gələrək təşkilata üzv olmaq istədiklərini deyiblər. Onların hərəkətlərindən şübhələnən partiya funksioneri bu haqda hüquq mühafizə orqanlarına xəbər verib. Həmin şəxslər vəziyyətin yaxşı olmadığını hiss edəndə MMP qərargahından tələsik uzaqlaşıblar. Hal-hazırda partiya sədrini mühafizəsi daha da gücləndirilib".





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA