İtaliya Senatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı dinləmələr keçirilib
30-07-2020 [11:44]
İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə dinləmələr keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən Mia.az-a verilən məlumata görə, dinləmələri Senatın Xarici işlər daimi komissiyasının sədri senator Vito Petroçelli açaraq baş verən hadisələrin İtaliya Senatını ciddi narahat etdiyini və bu mövzuda müzakirələrin aparılmasının vacibliyini bildirib.
Ardınca səfir Məmməd Əhmədzadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Çıxışında diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən danışaraq, bu xüsusda ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması, Azərbaycan əraziləri hesabına Ermənistan ərazilərinin genişləndirilməsi, azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə danışıb.
Diplomat 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı irəli sürdüyü yeni ərazi iddiaları, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və bu təcavüzün nəticələri barədə məlumat verib. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən BMT Təhlükəsizik Şurasının dörd qətnaməsinin tələblərini səsləndirib, bütün bunlara Ermənistanın məhəl qoymadığı, erməni tərəfinin danışıqlar prosesini uzatmağa yönəlik destruktiv hərəkətləri, eləcə də münaqişə ilə bağlı status-kvonu məhkəmləndirmək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət və davamlı olaraq atəşkəs rejimini pozmaq cəhdlərindən danışıb.
Ermənistanın 12 iyul tarixindən başlayaraq Azərbaycana qarşı Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni hərbi avantürası və Ermənistan rəhbərliyini buna təhrik edən səbəblər, eləcə də məqsədlər barədə danışıb. Habelə Tovuz rayonu ərazisindən Azərbaycanın enerji ehtiyatlarını Qərb ölkələrinə və dünya bazarlarına daşıyan strateji nəqliyyat infrastrukturunun, o cümlədən İtaliyaya da xam nefti nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir neçə aydan sonra təbii qaz nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyini bildirib, bu ərazidə Ermənistanın hərbi təxribatlarının Cənub Qaz Dəhlizinin tam gücü ilə isitismara verilməsindən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını deyib.
Eyni zamanda, diplomat Ermənistan tərəfindən mövcud hadisələrlə bağlı məlumatlar üzərində manipulyasiya etmək üçün çoxsaylı dezinformasiyaların da yayıldığını, erməni radikal qrupları tərəfindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik heyətinə və xaricdə yaşayan azərbaycanlılara qarşı fiziki hücumlar və vandalizm aktları həyata keçirildiyini, eyni zamanda proseslərə obyektiv yanaşan xarici kütləvi informasiya vasitələrinə, nüfuzlu ictimai xadimlərə, siyasətçilərə təzyiqlər edildiyini da qeyd edib. Diplomat Azərbaycanın haqlı mövqeyinə dəstək göstərən və müvafiq bəyanatlar verən italyan parlamentarlarına da təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya tarixi dövlət səfəri vaxtı iki ölkə arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannaməyə istinad edərək bu sənədlə İtaliyanın Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini ifadə etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiyini bildirib. Bundan irəli gələrək, eləcə də ATƏT-in Minsk Konfrasının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, Azərbaycandakı böyük iqtisadi və strateji maraqlarını, iki ölkə arasında iqtisadi əməkdaşlığın neft və qazın tədarükü ilə məhdudlaşmadığını, son illər Azərbaycanda italyan şirkətlərinin böyük layihələrə cəlb olunduğunu, habelə İtaliyada uğurlu yerli muxtariyyət modelləri təcrübəsinin də olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın öz səylərini daha da artırmasının vacib və faydalı olacağını vurğulayıb.
Tədbir İtaliya senatorları tərəfindən baş vermiş hadisələrə münasibətdə şərhlərin bildirilməsi və sual-cavab sessiyası ilə davam etdirilib. Senatorların əksəriyyəti münaqişənin dialoq və danışıqlar yolu ilə nizamlanmasının vacilbiyini, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas olduğunu və İtaliyanın maraqları nöqteyi-nəzərdən İtaliya hökumətinin münaqişənin nizamlanması üçün səylərinin artırmasının əhəmiyyətini qeyd ediblər.
Öz tərəfindən, Azərbaycan səfiri senatorların sualları əsasında münaqişənin həllinə münasibətdə ölkəmizin mövqeyi, münaqişənin sırf ərazi münaqişəsi olması və ermənilərin iddia etdiyi kimi heç bir dini amilə əsaslanmadığı, beynəlxlaq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli üçün səylərini artırmasının vacibliyi barədə danışıb.
Tədbir İtaliya Senatının rəsmi televiziya kanalı olan Senato TV və Senatın sosial şəbəkə profilləri üzərindən canlı olaraq yayımlanıb.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur