Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-07-2020 [00:01]
Qoç - çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.
Buğa - seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.
Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz.
Əkizlər - ətrafınızdakı baş verənlərə obyektiv reaksiya verin. Adekvat olun. Bu və digər səbəblərdən işgüzar mühitdə gərginlik yarana bilər. Həmkarlarınızı bədxah, rəhbərliyi aqressiv saymayın. Səbəbləri özünüzdə arayın.
Günün ikinci yarısında başqalarının dediklərinə çox inanmayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. Onu da bilin ki, ən zülmət qaranlıq dan yeri sökülməzdən əvvəl olur.
Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. İstənilən formada düşünülməmiş addımlardan uzaq olun. Azacıq şübhə yaradan məsələnin çözümü zamanı aramla davranın, tələsməyin. Daxili laübələr və təbəddülatların əsiri olmayın.
Xərçəng - günün ilk yarısı intuisiyanızı işə salın. Fəaliyyətiniz planlaşdırılmış işlərlə bağlıdırsa, diqqətli və sayıq olun. Çevik, şüurlu, hiyləgər insan təsiri bağışlayın.
Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Şir - günün ilk yarısında fikirləriniz səlis olsun. Yeniliklər və dəyişikliklər olacaq. Onların nə dərəcədə uğurlu olacağı bilavasitə sizdən, cəhdləriniz və səylərinizdən asılıdır. Qətiyyətli davranın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışına diqqətlə fikir verin. Bəzi məqamlarda soyuqqanlı, bəzi situasiyalarda isə tam əksinə, aktiv davranmaq gərəkdir. Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı davranın. Yeni texnika və avadanlıqla çalışmazdan əvvəl onları yaxşıca sınayın.
Nasazlıqları dərhal aradan qaldırın.
Qız - diplomatcasına hərəkət edin, naqolay vəziyyətə düşməmək üçün səhih davranın. Həmkarlar və şəriklərlə birgə fəaliyyətdə yaranan anlaşılmazlığı müzakirələrlə, danışıqlarla aradan qaldırmaq olar.
Günün ikinci yarısında ani təsadüflər qarşılıqlı anlaşmanı pozmamalıdır. Xoşagəlməz situasiyaların yaranmasını önləmək üçün bir qədər sayıq olmaq yetər. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz.
Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq.
Əqrəb - daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Yeni avadanlıq və ya texnika ilə işin ilkin mərhələsində səhvlər, yanlışlıqlar yarana bilər. Nə isə dərhal alınmasa, ruhdan düşməyin.
Günün ikinci yarısında passivliyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Səhhətinizə fikir verin. Dəyər verdiyiniz insanın sağlıq durumunda problem yaranarsa, dərhal həkim çağırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Oxatan - məqsədə çatmaq üçün bilik, bacarıq və təcrübənizdən mümkün qədər çox istifadə etməli olacaqsınız. İlk baxışdan xırda, önəmsiz təsir bağışlayan məqamların kölgədə qalan mənasını, problemlərin məzmununu anlamadan irəliləmək mümkün deyil.
Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Vəsaitinizin qədrini bilin. İnsanların gur olduğu yerdə fikirlərinizi aşkar bildirməkdən çəkinin.
Yaxşı tanımadığınız insana borc verməyin. Axşam saatları anlaşma və müqavilələr, yeni iş yerində fəaliyyətə başlamaq üçün münasib zaman deyil.
Oğlaq - hər şeyi mümkün qədər qısa müddətə bitirmək istəyi heç yaxşı məziyyət deyil. Maksimum sürətdən sonra uzunmüddətli istirahətə ehtiyac duyulduğundan fəaliyyət tempini dəqiq müəyyənləşdirin. Bütün işlərdə aktiv olmayın. Bəzi istiqamətlərdə yön dəyişmək olar.
Günün ikinci yarısında hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil. Cərrahiyyə əməliyyatı planlaşdırılıbsa, onu ertələyin.
Sevdiyiniz insana axşam saatlarında xoş hisslər, hədiyyə bəxş edin.
Dolça - hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin. Emosiyalarınıza məğlub olsanız, önəmli anda işlərinizdə ləngimə və ya təxirəsalmalar yarana bilər. Diqqətsizlik səhv riskini artırır. Özünüzü ələ alın, soyuqqanlı olun. Başladığınız işi maksimal dərəcədə keyfiyyətlə görməyə can atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların yardımlarından bəhrələnməyiniz pis olmaz. İşdə rəhbərliklə mübahisə etməyin. Dostların, dəyər verdiyiniz insanların davranışlarında qəribə məqamlar seziləcək. Huşyar olun.
Belə dəyişikliklərin səbəblərini anlamağa cəhd göstərin.
Balıqlar - çalışdığınız kollektivin qeyri-formal lideri olmağa can atmayın. Potensial rəqiblərin davranışlarını diqqətlə izləyin, onların planlarını qabaqlamağa çalışın. Əvvəlcədən seçdiyiniz kursun uğurlu olması ehtimalı azdır.
Problemlərin sayı artacaq.
Günün ikinci yarısında yanlış əməl və ya səhv qərar hesablarda çətinliklər yarada bilər. Ona görə də ən xırda detallara, təfərrüatlara belə, fikir verin.
Köç, yeni layihəyə və ya biznesə başlamaq, alqı-satqı üçün yaxşı zaman deyil.
Axşam saatlarında biliklərinizi və informasiyanı artırın.
Milli.Az
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq