"Karantin rejimini birdən-birə yumşaltmaq çətinlik yaradacaq, ancaq iş yerləri, rayonlara gediş-gəliş..." - Deputat
29-07-2020 [12:56]
Azərbaycanda 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminin avqustun 5-də bitməsi gözlənilir. Lakin dünən yoluxmanın sayının 400-dən çox olması yenidən sərt karantin rejiminin uzadılması ehtimalını ortaya çıxarır. Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi?
Bununla bağlı deputat Fazil Mustafa bildirib ki, bu gün insanların çoxu işini davam etdirir:
“Amma burada çıxış yollarından biri insanların rayonlara buraxılmasıdır. Kütləvi şəkildə iltizam alınır və insanlar 20 günlüyə rayonlara gedir. Şəhəri bir az boşaltmaq və yüngülləşdirmək lazımdır. Elə rayonlar var ki, istirahət mərkəzləri və başqa yerlər çalışmır. Amma elə bölgələr var ki, koronavirus orada yayılmayıb. Ona görə də orada restoranlar və kafelər işləyir. Qaydalara əməl etməklə insanlar şəhərdən uzaqlaşa bilərlər.
Düşünürəm ki, ilk növbədə bu istiqamətdə düşünmək lazımdır. Çünki səhiyyə sistemimizin bu problemi çözmək imkanları xeyli aşağıdır. Minlərlə insan evdə müalicə olunur. Bu şəraiti nəzərə alaraq insanlara Bakıya bir müddət dönməmək şərti ilə sərbəst davranmaq imkanları vermək lazımdır. Bu imkan yaradılsa, insanlarımız ən azı 20-25 gün rayonlarda təcrid olunub, qala bilər. Onsuz da toy və digər tədbirlərin keçirilməsinə icazə verilmir. Amma birdən-birə sərt karantin rejimini də yumşaltmaq müəyyən çətinlik yaradacaq. Yenə də fürsət düşən kimi insanlarımız 300-500 nəfərlik yas mərasimləri keçirirlər. Mən rayondan qayıdanda gördüm ki, 5-6 yerdə 1000 adam yığışmışdı. Soruşanda da dedilər ki, yas mərasimi keçirilir. Bu, sırf insanların məsuliyyəti ilə bağlı məsələdir”.
Deputat qeyd edib ki, sərt karantin rejimi ləğv edilsə, insanlar arxayın olacaq və qaydalara əməl etmək yenidən yaddan çıxacaq:
“Bu da təbii ki, yenə də sərt karantin rejimin tədbiqinə səbəb olacaq. İnsanlara iltizam verilərək ailəli şəkildə 20-25 günlük rayonlara getməsinə icazə verilməsi müəyyən qədər yoluxmanın qarşısını ala bilər. Digər tərəfdən də müəyyən iş yerlərinin açılmasına gedilməlidir. Metro açılmasın. Avtobusların da sayını artırmaq lazımdır. İş yerlərini açmaq lazımdr ki, insanlarımız maddi sıxıntılarını ortadan qaldıra bilsinlər”.
Konkret.az
Xəzər dənizində zəlzələ olub
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər