Qarabağın azərbaycanlı icması bəyanat yaydı: "Ermənistan mütləq qaydada cavab verməli olacaq"
27-07-2020 [13:29]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Ermənistan dünya birliyinin diqqətini Azərbaycan ərazilərinin işğalından, törətdiyi etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərdən yayındırmağa və yaratdığı qondarma rejimin təbliğinə yönəlmiş cəhdlərini davam etdirməkdədir.
Bu günlərdə Ermənistan BMT-də məktub yayaraq qondarma rejimə aid kağız parçasını ona əlavə etmişdir. İtkin düşmüş şəxslərdən bəhs edən bu kağız parçasında öz əksini tapmış məsələlərin heç bir əsası yoxdur və sadəcə münaqişənin müxtəlif aspektlərinin təhrif edilməsinə yönəlib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 71-i uşaq, 267-si qadın və 326-sı qoca olmaqla ümumilikdə 3889 nəfər azərbaycanlı itkin düşmüşdür. Ermənistan heç bir vəchlə itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsində maraqlı deyil. Bunun səbəbləri də aydındır. Təkzibolunmaz məlumatlar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilmiş və ya işgəncə və xəstəliklərdən vəfat etmişlər. Buna görə də Ermənistan sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır.
Hesab edirik ki, itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməli, ona sırf humanitar prizmadan yanaşılmalı və yüzlərlə ailələrin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmalıdır.
Girov götürülmüş insanların taleyi də böyük narahatlıq doğurur. Öz doğmalarının məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ də girovluqda saxlayan Ermənistanın əsir və girovların “Hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxması bu ölkənin qeyri-insani mahiyyətinin, insan taleyinə münasibətdə məsuliyyətsiz davranışının daha bir bariz nümunəsidir.
Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.
Azərbaycan BMT-də iki ildən bir “İtkin düşmüş şəxslər” və “Silahlı münaqişələr zamanı girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamələr irəli sürür. Qətnamələrin əsas məğzi bu kateqoriyadan olan şəxslərin taleyinin müəyyənləşdirilməsinə mümkün olduğu qədər töhfə verməkdən ibarətdir.
Bildiririk ki, münaqişənin mahiyyətini müxtəlif cəhdlərlə təhrif etməyə çalışan Ermənistan törətdiyi cinayətləri gizlədə bilməyəcək və mütləq qaydada onlara görə cavab verməli olacaq".
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"