Milli Şuradan çıxarılan Şıxəli Qurbanovun qızı danışdı

img

25-10-2013 [11:07]


"Milli Şuranın üzvlüyünə namizədliyini verənlərə iclaslarda iştirak etməyəcəyi əvvəlcədən xəbərdar etmişdim”. 

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın ötən gün qurumdan çıxarılan üzvü, ictimai xadim Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova deyib. O bildirib ki, Milli Şuraya ACP-nin keçmiş lideri Rəsul Quliyevin təklifi ilə qəbul olub: "Rəsul Quliyevə təşəkkürümü bildirdim. Amma bu qurumda təşkilat işinin zəif olduğunu, sənədlərin çox aşağı səviyyədə hazırlandığını, ümumiyyətlə üzvlərinin sayının az olduğunu qəbul etmədiyimdən, bu qurum işə başlamadan oraya getməkdən rəsmən imtina etdim”.

G. Qurbanova qeyd edib ki, Milli Şuranın işində iştirak etməyəcəyini əvvəlcədən adıçəkilən qurumun rəhbərliyinin diqqətinə çatdırıb:

"Çoxları mövqeyimlə bağlı bəyanatla çıxış etməyimi təklif verdi. Lakin hesab etdim ki, bu qurum işə başlamadan mənim kimi kifayət qədər tanınan bir adamın qurumu tərk etməyi barədə bəyanat verməsi Milli Şuranın işinə mane ola bilər. Bu baxımdan da təklifləri rədd etdim”.

G. Qurbanova vurğulayıb ki, bütün sadaladığı məqamlara görə, Milli Şuranın bu qərarının ona aidiyyati yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA