Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanıldı - Rəsmi açıqlama yayıldı
23-07-2020 [22:14]
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi Brüsseldə ermənilərin azərbaycanlılara qarşı təxribaxt xarakterli hücumu ilə bağlı bəyanat yayıb.
Mia.az-ın məlumatına görə, bəyanatda deyilir:
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 23 iyul 2020-ci il tarixli Bəyanatını rəhbər tutaraq bildiririk ki, iyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vemiş hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı terrror xarakterli hücumlara cəhd edir. Ermənistanın hərbi təxribatlarına ilə bağlı etiraz aksiyaları keçirən xaricdəki dinc azərbaycanlı icma üzvlərinə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.
Bu xüsusda, 2020-ci ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.
Azərbaycanın Belçika və Lüksemburqda yaşayan və tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunmasına namimə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.
Şərəfli Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlilərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar.
Onlar iyul 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər. Soydaşlarımız “Yaşasın Azərbaycan!”, “Yaşasın dövlətimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!", “Qarabağ Azərbaycandır”, “Xocalıya Ədalət”, “Erməni işğalına son” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpənvər mahnıları yüksək həvəs və sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımı cavabı veriblər.
Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.
Məğlub və aqressiv erməni radikalları diplomatik missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlilərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər. Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də “REAL TV”-nın Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, süsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb.Hal-hazıra olan məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.
Ümumilkdə, baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.
Bütün bunlara baxmayaraq, yüksək vətənpərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi olaraq, bütün həmvətənlilərimizə təşəkkür edir.
Azərbaycanımızın müdafiəsi naminə birlik olan həmvətənlilərimizlə qürur duyuruq!
Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!".
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur