"Sərhəddəki döyüşlər boru xəttinə təhlükə yaradır" - Politoloqdan Tovuz döyüşləri ilə bağlı şərh
23-07-2020 [11:59]
“BMT-nin bölgədəki vəziyyətin gərginləşməsinə görə narahatlığına baxmayaraq, bu qurum Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istəmir”.
Mia.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.
Ekspertin fikrincə, ötən gün Prezident İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş arasında baş tutan telefon danışığında qurumun münaqişənin həlli ilə məşğul olmaq istəmədiyi bəlli olub:
“İyulun 22-də iki mötəbər təşkilatdan – BMT-dən və Avropa İttifaqından Bakıya və İrəvana telefon zəngləri edildi. Nyu-York və Brüsseldən eyni gündə edilən iki telefon zəngləri BMT və Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhəddindəki döyüşlərdən narahatlığını göstərdi.
BMT-nin baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefonla danışığında qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.
Bu sözlərdə yeni heç nə yoxdur, təkrarlanan fikirlərdir. BMT baş katibi telefon danışığında bir kəlmə də olsun rəhbərlik etdiyi strukturun münaqişənin həlli ilə bağlı 4 qətnaməsinin reallaşdırılmasının vacibliyindən söz açmayıb. Antonio Quterreşdən əvvəlki BMT baş katibləri də 4 qətnamə barədə danışmırdılar. Ona görə də həmin qətnamələri Prezident İlham Əliyev BMT baş katibinə xatırladıb: “Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur.
BMT baş katibinin Azərbaycan Prezidentinin bu sözlərinə reaksiya verməməsi onu göstərir ki, bu qurum bölgədəki vəziyyətin gərginləşməsinə görə narahatlığına baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istəmir”.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli şəkildə telefonla danışan Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellini daha çox bölgədəki “kritik infrastruktur layihələr”inin təhlükə altında olması narahat edir: “İyulun 22-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell də Bakıya və İrəvana zəng edib. Ancaq əgər BMT baş katibi Azərbaycan və Ermənistan liderlərinə ayrılıqda zəng edibsə, Avropa İttifaqının ali nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli şəkildə telefonla danışıb. Cozep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkindirməyə çalışarkən belə bir fikir də söyləyib: “Xüsusən bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıram”.
Bölgədəki bütün “kritik infrastruktur layihələri” Azərbaycanla əlaqəlidir, Ermənistan heç bir regional layihədə iştirak etmir. Ona görə də Cozep Borrell ümumi danışsa da, əslində, Azərbaycan ərazisindəki kritik infrastuktur layihələrini nəzərdə tutub. Bir necə aydan sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya nəql olunacaq. Brüssel Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdən keçən bu boru xəttinin təhlükəsizliyini diqqət mərkəzində saxlayır. Sərhəddəki döyüşlər isə boru xəttinə təhlükə yaradır. Brüsselin boru xəttinin təhlükəsizliyinin təminatı üçün Azərbaycanın işğal altındakı torpaqlarına baxışını dəyişdirməsi vacibdir. Ermənistanın işğala yönəlik siyasəti davam etdikcə, bölgədə müharibə riski azalmayacaq. Azərbaycan cəmiyyəti müharibə tələb edir, Prezident İlham Əliyev də müharibənin qaçılmaz olduğuna işarə vurur”.
Politoloq deyib ki, Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatın arxasında regional layihələrin hədəf seçilməsini rəsmi Brüssel də anlayıb:
“Bölgədəki infrastruktur layihələrinin təhlükəsizliyi Azərbaycanı Avropadan az narahat etmir. Ancaq Azərbaycan üçün bu layihələrin təhlükəsizliyi torpaqların işğaldan azad olunması vacibliyini əngəlləyə bilməz. Əlbəttə, Ermənistan və Rusiyadakı bəlli mərkəzlər Azərbaycanın Avropaya satacağı qaz hesabına varlanmasını, güclənməsini istəmirlər. Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatın arxasında Azərbaycanın regional layihələrinin hədəf seçilməsi dəst-xətti seçilirdi. Bunu Brüsseldə də anladıqlarından Avropa İttifaqının ali nümayəndəsi Bakı və İrəvanla telefon danışığında “kritik infrastruktur layihələr”inə eyham vurub. Brüssel haqqında danışdığı layihələrin təhlükəsizliyi haqqında ciddi düşünürsə münaqişənin “mərhələli həllinə” dəstək verməlidir. Bu həll planına dəstək olmayınca, Brüsselin tərəflərə balanslı çağırışlarının heç bir əhəmiyyəti olmayacaq”.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur